Bakı. 23 noyabr. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzaya düşüb.
"Report"un xəbərinə görə, hadisə Bakı-Quba yolunun 57-ci kilometrliyində baş verib.
Qəzaya səbəb yolun buz bağlaması olub. Belə ki, S.Əsədlinin idarə etdiyi "Opel" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə, daha sonra digər avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.