Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb - YENİLƏNİB Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb.
Hadisə
21 Avqust , 2019 00:11
Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "QAZel" markalı, 90-GU-639 dövlət nömrə nişanlı yük maşınının sürücüsünün kimliyi bəlli olub. Bu, Şəki sakini, 1966-cı il təvəllüdlü Bayramov Əhməd Qurbanəli oğludur.  

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Fakt araşdırılır.


***23:31

Ucarda yük maşını yanır.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"QAZel" markalı yük maşını hərəkətdə olarkən qəfil avtomobilin mühərrikində alovlanma başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi