Tümendə evlərdən oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı mühakimə olunur

Tümendə evlərdən oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı mühakimə olunur Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın Tümen şəhərində şəhərətrafı evlərə qanunsuz şəkildə girməklə oğurluq etməkdə ittiham olunan Azərbaycan vətəndaşı barəsində məhkəmə prosesi başlayıb.
Hadisə
12 Oktyabr , 2018 12:14
Tümendə evlərdən oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı mühakimə olunur
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın Tümen şəhərində şəhərətrafı evlərə qanunsuz şəkildə girməklə oğurluq etməkdə ittiham olunan Azərbaycan vətəndaşı barəsində məhkəmə prosesi başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ittiham tərəfinin versiyasına görə, o, üç şəhərətrafı evdən soyğunçuluq edib, zərərin miqdarı 730 min rubl (təxminən, 18,5 min manat) olub.

Müəyyən edilib ki, 22 yaşlı müttəhim Tümenə 2018-ci ilin may ayında anası ilə gəlib. Azərbaycan vətəndaşı anasının və Türkiyədən olan rəfiqəsinin pulu ilə yaşayıb. Özü heç vaxt işləməyib və sonda gecələr özəl evləri soymağa qərar verib.

İttiham tərəfi onun iyunun 28-dən iyulun 4-dək üç kotteci soyduğunu, evlərə açıq pəncərələrdən keçdiyini bildirir. Müttəhimin soyğunlar zamanı "Cartier" əl saatı, qızıl-zinət əşyaları, iPad 3, iPhone 5, iPhone 6S, Nokia 8800, pul və bahalı konyak oğurladığı iddia olunur. O, avqust ayında saxlanılıb və nəzarətxanaya salınıb.

Vilayət prokurorluğunun məlumatına görə, hazırda cinayət işinin materialları məhkəməyə verilib.

Son xəbərlər

Orphus sistemi