Tovuzda külək iri gövdəli ağacı dəmir yoluna aşırıb

Tovuzda külək iri gövdəli ağacı dəmir yoluna aşırıb Güclü külək nəticəsində bu gün saat 16:15 radələrində Bakı-Gürcüstan dəmir yolunun Tovuz rayon ərazisindən keçən hissəsində ağac aşaraq hər iki yolu bağlayıb.
Hadisə
23 May , 2020 18:53
Tovuzda külək iri gövdəli ağacı dəmir yoluna aşırıb

Güclü külək nəticəsində bu gün saat 16:15 radələrində Bakı-Gürcüstan dəmir yolunun Tovuz rayon ərazisindən keçən hissəsində ağac aşaraq hər iki yolu bağlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən "Report"a verilən məlumata görə, nəticədə qatarların hərəkəti dayanıb. Saat 17:10-da yolun biri açılıb.

Hazırda ikinci yolda təmizlənmə işləri aparılır, yaxın saatlarda həmin yol da açılacaq.

Son xəbərlər

Orphus sistemi