Tovuzda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Tovuzda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb - FOTO Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə
15 May , 2019 19:45

Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İsa Musayev küçəsi, ev 8 ünvanında qeydə alınıb. 

Ev sahibi Sahib Çoban oğlu İmanovun bildirdiyinə görə, mənzildə kimsə olmayan zaman şəxs və ya şəxslər evə daxil olaraq, ümumilikdə, 5000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi