Tovuzda ər və arvadın ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - FOTO

Tovuzda ər və arvadın ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - FOTO Qadının öldürüldükdən sonra yandırıldığı bildirilir
Hadisə
27 Fevral , 2016 17:27
Tovuzda ər və arvadın ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - FOTO

Bakı. 27 fevral. REPORT.AZ/ Tovuz rayonunda ər və arvadın yanaraq ölməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. "Report" xəbər verir ki, ekpertizanın ilkin nəticələrinə əsasən, Sevda Hüseynova öldürüldükdən sonra yandırılıb.

Onunla birlikdə ölən əri Yolçu Hüeynovun isə ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** ilk xəbər saat 15:49-da yayımlanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Tovuz rayonunda ər və arvad yaşadıqları evdə yanaraq ölüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində baş verib.

Belə ki, kənd sakinləri Yolçu Hüseynov və həyat yoldaşı Sevda Hüseynova evdə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi