Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elman Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə
Qeyd edək ki, hadisə bu ilin may ayında Tovuz rayonunun Ağdam kəndində qeydə alınıb. 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.
E.Abdullayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.