Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Əyublu kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yarımtikili evə çırpılıb. Qəza nəticəsində 1983-cü il təvəllüdlü Mahir Kazımov xəsarət alıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.