Tovuzda avtomobil qəzasında 5 nəfər yaralandı - FOTO - YENİLƏNİB

Tovuzda avtomobil qəzasında 5 nəfər yaralandı - FOTO - YENİLƏNİB Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
26 Mart , 2020 16:19
Tovuzda avtomobil qəzasında 5 nəfər yaralandı - FOTO - YENİLƏNİB
0 : 00
0 : 00

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə zamanı hər iki avtomobilin sürücüsü və "VAZ"-da olan sərnişinlər 2 nəfər qadın, 1 nəfər uşaq xəsarət alıblar.

Yaralılar:

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Babazadə Elman Qüdrət oğlu,

Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov İltifat Eyvazəli oğlu, 

Gəncə şəhər sakini, 1993-cı il təvəllüdlü Babazadə İlkanə Rəhim qızı,

Samux rayon sakini, 1961-ci il təvəllüdlü Babazadə Həqiqət Rəhim qızı,

Samux rayon sakini, 2014-cü il təvəllüdlü Babazədə Həqiqət Elman qızı.


*** 14:21

Yaralılar "təcili yardım" avtomobilləri ilə Tovuz Rayon Mə

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi