Tərtərdə məktəb direktorları yol qəzasına düşüb: iki nəfər ağır xəsarət alıb - YENİLƏNİB

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb: iki nəfər ağır xəsarət alıb - YENİLƏNİB Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır
Hadisə
7 Oktyabr , 2017 14:57
Tərtərdə məktəb direktorları yol qəzasına düşüb: iki nəfər ağır xəsarət alıb - YENİLƏNİB
Report

Tərtər. 7 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin drektoru vəzifəsində calışır.

Son xəbərlər

Orphus sistemi