Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində elektrik cərəyanı vuran uşaq xəstəxanada ölüb.
Hadisə
22 Avqust , 2019 12:22
Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində elektrik cərəyanı vuran uşaq xəstəxanada ölüb.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə valideynləri tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 08:23

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Tərtər Rayon Prokurorluğundan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi