Sumqayıtda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyyə edilib Bakı. 7 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə
7 Avqust , 2018 18:05
Sumqayıtda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyyə edilib
Foto: "Report"

Bakı. 7 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi