Sumqayıtda şadlıq evinin qarşısında dava baş verib - YENİLƏNİB

Sumqayıtda şadlıq evinin qarşısında dava baş verib - YENİLƏNİB Sumqayıt şəhərində “Bəyaz Saray şadlıq evinin qarşısında dava baş verib.
Hadisə
25 Avqust , 2019 01:54
Sumqayıtda şadlıq evinin qarşısında dava baş verib - YENİLƏNİB

Sumqayıt şəhərində “Bəyaz Saray" şadlıq evinin qarşısında dava baş verib.

Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsindən “Report”a verilən məlumata görə, içkili olan şəxslə digər bir nəfər arasında mübahisə zəmnində dava düşüb.

Dava zamanı onları ayırmaq istəyən ofisiant yüngül bıçaq xəsarəti alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


***23:58 - 24.08.2019

Sumqayıt şəhərində kütləvi dava baş verib. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb.

Belə ki, 20 nəfərə yaxın iki qrup arasında mübahisə zəmnində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Kütləvi dava zamanı ağır xəsarət alanların olub olmaması barədə hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi