Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə
24 Avqust , 2019 22:13
Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.


***21:47

Sumqayıtda güclü yanğın başlayıb.

“Report”un Sumqayıt Abşeron bürosunun məlumatına görə, hazırda "Nur" şadlıq evi yanır.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Video: Orxan Rasifoğlu

Son xəbərlər

Orphus sistemi