Sumqayıtda narkotik almaq üçün oğurluq edən şəxs məhkəmə zalında həbs olunub

Sumqayıtda narkotik almaq üçün oğurluq edən şəxs məhkəmə zalında həbs olunub Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham edilən Samir Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
30 Mart , 2018 13:19
Sumqayıtda narkotik almaq üçün oğurluq edən şəxs məhkəmə zalında həbs olunub

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham edilən Samir Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Osmanov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub. S.Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sumqayıtda baş verib. Narkotik vasitələrin aludəçisi olan şəxs oğurluq edib. Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları oğurluq maddəsi ilə axtarışda olan 32 yaşlı Samir Qardaşbəy oğlu Osmanovu yaxalayıblar.

İstintaqa təhvil verilən S.Osmanov ifadəsində üç mağazadan və bir mənzildən oğurluq etdiyini boynuna alıb.

Oğurluq yolları ilə qazanılan pullar narkotik vasitələr almaq üçün xərclənib. Saxlanan şəxsin sözlərinə görə, narkotik vasitədən istifadə etmədikdə özünü narahat hiss edir.

Son xəbərlər

Orphus sistemi