Son iki gündə 200 cinayət hadisəsi baş verib

Son iki gündə 200 cinayət hadisəsi baş verib Onların 27-si “isti izlər”lə açılıb
Hadisə
12 Fevral , 2018 08:04
Son iki gündə 200 cinayət hadisəsi baş verib

Bakı. 12 fevral. REPORT.AZ/ Son iki gündə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 200 cinayət faktı qeydə alınıb. Onların 27-si “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi