Siyəzəndə qəzada ağır yaralanan kişi Bakıya gətirildi

Siyəzəndə qəzada ağır yaralanan kişi Bakıya gətirildi Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Avqust , 2020 01:31
Siyəzəndə qəzada ağır yaralanan kişi Bakıya gətirildi

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Mahmudov Elton Balaqardaş oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, vəziyyəti ağır olduğu üçün  Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona bədəninin müştərək və açıq kəllə-beyin travmaları diaqnozları qoyulub. E. Mahmudov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi