Şirvanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI

Şirvanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI Şirvan. 13 mart. REPORT.AZ/ Şirvan şəhərində qəzaya düşən sərnişin mikroavtobusunda xəsarət alanların adı məlum olub.
Hadisə
13 Mart , 2018 09:49
Şirvanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI
Report

Şirvan. 13 mart. REPORT.AZ/ Şirvan şəhərində qəzaya düşən sərnişin mikroavtobusunda xəsarət alanların adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, qəza zamanı mikroavtobusda sürücü ilə birlikdə 11 nəfər olub. Onlardan 5 nəfər - Xankişiyeva Tünzalə Adil qızı, Əliyeva Lətafət Şahüseyn qızı, Dadaşova Şərqiyyə Əbil qızı, Vəliyeva Gülüstan Fazil qızı və Mirzəyeva Sevda Xudaverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar Sabirabad rayon sakinləridir. 


***9:26

Şirvan. 13 mart. REPORT.AZ/ Şirvan şəhərində sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şirvan-Salyan avtomobil yolunda, dəmiryolu tunelindən 200 metr məsafədə qeydə alınıb. 

Belə ki, “Şirvan oil”ə məxsus mikroavtobusun qəzaya düşməsi nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, həmin vətəndaşlar ambulator müayinəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi