Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb O, traktoru işə salan zaman mühərrikin ventilyatoruna toxunub
Hadisə
4 İyun , 2017 17:01
Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb

Şəmkir. 4 iyun. REPORT.AZ/ Şəmkir rayonunda traktoru işə salan sürücü bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Posanlı kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü, Cəfərov Qurban İsa oğlu traktoru işə salan zaman ehtiyatsız davranaraq mühərrikin ventilyatoruna toxunub. Nəticədə ventilyator qarın nahiyəsini kəsərək ona ağır xəsarət yetirib. Sürücü aldığı yaralardan yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi