Şəmkirdə iki qardaşı bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Şəmkirdə iki qardaşı bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Nurəddin Bayram oğlu Əsədoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 Aprel , 2019 20:33
Şəmkirdə iki qardaşı bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Nurəddin Bayram oğlu Əsədoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il noyabrın 29-da Şəmkir rayonunun Qapanlı kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü N.Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

N.Əsədoğlu hadisə yerindən qaçıb. Daha sonra o, həbs edilib.

Son xəbərlər

Orphus sistemi