Şəki və Xızıda yanğınlar söndürülüb

Şəki və Xızıda yanğınlar söndürülüb Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb.
Hadisə
24 Avqust , 2019 10:05
Şəki və Xızıda yanğınlar söndürülüb

Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi