Salyanda yol qəzası nəticəsində ölənlər ana və oğuldur - YENİLƏNİB

Salyanda yol qəzası nəticəsində ölənlər ana və oğuldur - YENİLƏNİB Qəza zamanı bir nəfər yaralanıb
Hadisə
12 Mart , 2018 21:30
Salyanda yol qəzası nəticəsində ölənlər ana və oğuldur - YENİLƏNİB
Report

Bakı. 12 mart. REPORT.AZ/ Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Bakının Sulutəpə qəsəbəsinin sakinləri - 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı və onun 1987-ci il təvəllüdlü oğlu Şirəliyev Ruslan Ariz oğludur.


***18:01

Salyan. 12 mart. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və bir nəfər ağır bədən xəsarətləri alıb. 

Yaralı - Salyan rayonunun Yolüstü kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz İsa oğlu Qaraxanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla araşdımalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi