Salyan sakinindən narkotik maddə aşkarlanıb

Salyan sakinindən narkotik maddə aşkarlanıb Şəhər sakininin həyətindən 18 ədəd narkotik tərkibli çətənə şitili aşkarlanıb
Hadisə
22 Mart , 2018 21:13
Salyan sakinindən narkotik maddə aşkarlanıb

Salyan. 22 mart. REPORT. AZ/ Salyan şəhər sakininin həyətindən 18 ədəd narkotik tərkibli çətənə şitili aşkarlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhər  sakini Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan, 1968-ci il təvəllüdlü Hüseynov Elçin İzzət oğlunun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkməsi barədə RPŞ-nə məlumat daxil olub. 

Məlumat əsasında polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin bağ hissəsində yerləşən üstü yarımörtülü yardımçı tikilidən 18 ədəd çətənə şitilii aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 237. 2.3 maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi