Sabunçuda yanğın hadisəsi baş verib, iki yaşlı uşaq ölüb

Sabunçuda yanğın hadisəsi baş verib, iki yaşlı uşaq ölüb Hazırda hadisənin başvermə səbəbləri araşdırılır
Hadisə
29 Dekabr , 2014 14:51
Sabunçuda yanğın hadisəsi baş verib, iki yaşlı uşaq ölüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, Ramana qəsəbəsi Elşən Məhərrəmov küçəsində fərdi yaşayış evində qeydə alınan hadisə zamanı mənzildə iki yaşlı uşağın meyiti tapılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğının qarşısı alınıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi