Sabunçuda ər həyat yoldaşını döydü, vəziyyəti ağırdır

Sabunçuda ər həyat yoldaşını döydü, vəziyyəti ağırdır Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə
17 Fevral , 2020 00:08
Sabunçuda ər həyat yoldaşını döydü, vəziyyəti ağırdır

Bakıda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonu, Südçülük savxozu adalanan ərazidə baş verib.

Belə ki, 20 yaşlı, iki uşaq anası Həsənova Ləman Vəhəddin qızı həyat yoldaşı tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan gənc ana təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona qapalı kəllə-beyin və müxtəlif dərəcəli travmalar diaqnozu qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt araşdırılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi