Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO

Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.
Hadisə
10 Sentyabr , 2019 20:34
Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO
Report

Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Çöl Beşdəli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Nadir Mirzəyevə məxsus fərdi yaşayış evində yanğın baş verib. Hadisə zamanı ev sahibinin qızı Mərcan Nadir qızı Mirzəzadə tüstüdən zəhərlənib. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilib, vəziyyətinin yaxşı olduğu bildirilir.

Yanğın nəticəsində birmərtəbəli ev tamamilə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi