Sabirabadda ata və oğul bellə döyülərək ciddi xəsarət alıb

Sabirabadda ata və oğul bellə döyülərək ciddi xəsarət alıb Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb
Hadisə
14 Mart , 2018 22:07
Sabirabadda ata və oğul bellə döyülərək ciddi xəsarət alıb

Sabirabad. 14 mart. REPORT.AZ/ Sabirabad rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri - 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun 1993-cü il təvəllüdlü oğlu Nəsimi Qəniyev tanıdığı şəxslər tərəfindən bellə döyülərək ağır xəsarət alıblar. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi