Sabirabad sakinindən 4 kiloqrama yaxın marixuana götürülüb

Sabirabad sakinindən 4 kiloqrama yaxın marixuana götürülüb Sabirabad sakinindən külli miqdarda narkotik aşkarlanaraq götürülüb.
Hadisə
27 Avqust , 2019 09:49
Sabirabad sakinindən 4 kiloqrama yaxın marixuana götürülüb

Sabirabad sakinindən külli miqdarda narkotik aşkarlanaraq götürülüb.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi