Saatlıda yol qəzası baş verib, bir nəfər ölüb - YENİLƏNİB

Saatlıda yol qəzası baş verib, bir nəfər ölüb - YENİLƏNİB Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
9 Sentyabr , 2019 10:38
Saatlıda yol qəzası baş verib, bir nəfər ölüb - YENİLƏNİB

Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, bu, rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Məmməd oğlu İsmayılov olub. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə aparılıb.


*** 08:01


Saatlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Shaqman" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi