Saatlı sakini avtomat silahı polisə təhvil verib

Saatlı sakini avtomat silahı polisə təhvil verib Saatlı şəhər sakini saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.
Hadisə
3 Sentyabr , 2019 14:41
Saatlı sakini avtomat silahı polisə təhvil verib

Saatlı şəhər sakini saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı şəhər sakini İ.Əzizov “AKS-74U” markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı Rayon Polis Şöbəsinə təhvil verib.

Son xəbərlər

Orphus sistemi