Bakı. 23 Avqust. REPORT.AZ/ Rusiyalı iş adamı German Sterliqov Azərbaycandan ona qarşı göstərilən fəaliyyətə görə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edəcək.
"Report" xəbər verir ki, bu barədə sahibkarın vəkili Artur Ayrapetov "Ren-TV"yə bildirib.
Ayrapetovun sözlərinə görə, şikayət ərizəsinin avqustun 26-da verilməsi planlaşdırılır. Vəkil Azərbaycanın Sterliqovu "qara siyahı"ya saldıqdan sonra ona qarşı cinayət işi qaldırmasını "beynəlxalq hüquqda nonsens" adlandırıb.
Bir qədər əvvəl Ayrapetov Sterliqovun İnterpolun xətti ilə axtarışının artıq dayandırıldığını məlumat verib. Onun sözlərinə görə, axtarış İnterpol Azərbaycan tərəfindən Sterliqovun təqib olunmasında siyasi motivlər gördüyü üçün dayandırılıb.
Cari ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.
Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.