Rusiyadan Azərbaycana böyük məbləğdə pul vəsaiti keçirməyə cəhd olunub

Rusiyadan Azərbaycana böyük məbləğdə pul vəsaiti keçirməyə cəhd olunub Rusiyada Ural Gömrük İdarəsinin əməkdaşları bəyannamədə göstərilməmiş pul vəsaiti ilə Yekaterinburqdan Bakıya uçmağa cəhd edən sərnişini saxlayıb.
Hadisə
20 Avqust , 2019 10:33
Rusiyadan Azərbaycana böyük məbləğdə pul vəsaiti keçirməyə cəhd olunub

Rusiyada Ural Gömrük İdarəsinin əməkdaşları bəyannamədə göstərilməmiş pul vəsaiti ilə Yekaterinburqdan Bakıya uçmağa cəhd edən sərnişini saxlayıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, kişi "yaşıl dəhliz" vasitəsilə 1,7 milyon rubl (25,6 min dollar) keçirməyə çalışıb.

"Qanuna əsasən, 10 min dollardan çox məbləğ keçirmək istəyərkən "qırmızı dəhliz"ə getmək lazımdır. Nağd pulun bəyannamədə qeyd edilməsinə görə heç bir ödəniş yoxdur. Sadəcə, böyük məbləğdə vəsaitin ölkədən çıxarılması barədə məlumat vermək vacibdir", - Koltsovo hava limanının gömrük postunun rəis müavini Sergey Borovik bildirib.

İndi kişi inzibati qaydada - müsadirə edilmiş məbləğin 50%-dən 2 mislinə qədər cərimələnəcək. 

Qeyd edək ki, postda 10 min dolları qaytarılan sərnişinin qalan pulu saxlanca qoyulub.

Son xəbərlər

Orphus sistemi