Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapılıb

Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapılıb Onlar bir neçə gün əvvəl itkin düşüblər
Hadisə
27 Avqust , 2018 17:31
Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapılıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb. 

"Report"un əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb. 

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi