Rusiyada axtarışda olan şəxs ASAN xidmətdə saxlanılıb

Rusiyada axtarışda olan şəxs ASAN xidmətdə saxlanılıb Saxlanılan şəxs Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib
Hadisə
26 Oktyabr , 2015 12:48
Rusiyada axtarışda olan şəxs ASAN xidmətdə saxlanılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qəsdən adam öldürdüyünə görə Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Müqabil Abbassoylu Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) orada xidmətdə olan polis əməkdaşları tərəfindən tutulub.

Saxlanılan şəxs Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi