Qusarda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Qusarda avtomobil ağaca çırpılıb, xəsarət alan var Qusar rayonunda yol qəzası baş verib.
Hadisə
7 Sentyabr , 2019 11:09
Qusarda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Qusar rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, "VAZ-2107" markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində sürücü, 1961-ci il təvəllüdlü Rüfət Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, sağ diz qapağının və sol daban sümüyünün sınığı diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qəzaya havanın yağışlı və yolun sürüşkən olması göstərilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi