Qubaya istirahətə gedən sürücülər cəzalandırıldılar

Qubaya istirahətə gedən sürücülər cəzalandırıldılar Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.
Hadisə
7 İyul , 2020 15:33
Qubaya istirahətə gedən sürücülər cəzalandırıldılar

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, polis inspektorları tərəfindən sürücülər saxlanılaraq sənədləri planşetlərlə yoxlanılıb. Onlar arasında  çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.  

Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər Quba RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi