Qubada meşə-kolluq ərazidə yanğını söndürmək mümkün olmayıb

Qubada meşə-kolluq ərazidə yanğını söndürmək mümkün olmayıb Quba rayonunda meşə-kolluq ərazidə başlayan yanğın gecə də davam edib.
Hadisə
20 Avqust , 2019 10:09
Qubada meşə-kolluq ərazidə yanğını söndürmək mümkün olmayıb

Quba rayonunda meşə-kolluq ərazidə başlayan yanğın gecə də davam edib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu ərazisindən başlayan yanğın Qubada böyük ərazini əhatə edib.

Küləkli hava şəraiti və ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsinə ciddi çətinliklər yaradır. 

Quba Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, çətinliklərə baxmayaraq, yanğının söndürülməsi işləri davam edib, nəticədə yanğın lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi