Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb - YENİLƏNİB

Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb - YENİLƏNİB Bakı. 16 may. REPORT.AZ/ Quba rayonunda itkin düşmüş alpinistlərin hər üçünün meyiti tapılıb.
Hadisə
16 May , 2018 19:03
Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb - YENİLƏNİB
Report

Bakı. 16 may. REPORT.AZ/ Quba rayonunda itkin düşmüş alpinistlərin hər üçünün meyiti tapılıb. 

"Report" FHN-ə istinadən xəbər verir ki, davam edən axtarışlar nəticəsində bu gün saat 19:00-da daha 2 meyit (kişi və qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib. 

Əlavə məlumat veriləcək.


*** 18:55

Quba rayonunda itkin düşmüş alpinistlərdən birinin meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, ötən il dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan və indiyədək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00-da axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. 

Hazırda axtarış-təmizləmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. 

Son xəbərlər

Orphus sistemi