Qoç Goranboyda yaşlı qadını komaya saldı

Qoç Goranboyda yaşlı qadını komaya saldı Goranboy rayonunda qoç 70 yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib.
Hadisə
29 Avqust , 2020 14:05
Qoç Goranboyda yaşlı qadını komaya saldı

Goranboy rayonunda qoç 70 yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1950-ci il təvəllüdlü D.İmamquliyevanı qoç vuraraq ona xəsarət yetirib. Ağır kəllə-beyin travması alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

Son xəbərlər

Orphus sistemi