Qobustanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, qəzada 1976-cı il təvəllüdlü Nəsirova Şəfəq Gülağa qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ baldır və çanaq nahiyəsinin, eləcə də sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.