Qazax. 29 iyun.
"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1994-cü il təvəllüdlü Qasımlı Dağlar Vuqar oğlu və onun qardaşı Sərdardır.
***17:29
Qazax rayonunda ağır yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ürkməzli kənd yolunda qeydə alınıb.
Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, qəzaya düşənlər iki qardaşdır. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.