Qazax. 13 may. REPORT.AZ/ Qazax rayonunda yerli sakin dərmandan zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1972-ci il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Zamanova Hamaya Nəriman qızı yaşadığı evdə dərmandan zəhərlənib.
Xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.