Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Qax. 19 avqust. REPORT.AZ/ Qax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
19 Avqust , 2018 02:05
Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Qax. 19 avqust. REPORT.AZ/ Qax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"-un Şimal-Qərb bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında Qax şəhəri,Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini Vüqar Məmməd oğlu Cəmilovun idarə etdiyi 34-BC-028 Dövlət Qeydiyyat Nişanlı "AUDİ" markalı avtomobil Qax rayonu Qaxingiloy kənd sakini 1960-cı il təvəllüdlü Kaçiaşvili Leonid Nikolayeviçi vurub.

L.Kaçiaşvili dərhal ağır vəziyyətdə Qax Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralı xəstəxanaya daxil olduqdan iki saat sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi