Qaxda kişi meyiti tapılıb - YENİLƏNİB

Qaxda kişi meyiti tapılıb - YENİLƏNİB Qax rayonunda Kürmük çayı yaxınlığında yerli sakinlər tərəfindən meyiti tapöılan şəxsin kimliyi məlum olub.
Hadisə
2 Sentyabr , 2019 20:58
Qaxda kişi meyiti tapılıb - YENİLƏNİB

Qax rayonunda Kürmük çayı yaxınlığında yerli sakinlər tərəfindən meyiti tapöılan şəxsin kimliyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olduğu müəyyənləşib. Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.


*** 19:23

Qax rayonunda kişi meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, meyit bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında yerli sakinlər tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi