Qaxda 11 yaşlı qızı avtomobil vurub

Qaxda 11 yaşlı qızı avtomobil vurub Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Sentyabr , 2019 21:24
Qaxda 11 yaşlı qızı avtomobil vurub

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.

Qax sakini 25 yaşlı Yunis Şəkiliyev sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən 11 yaşlı Ləman Mirzəyevanı vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi