Qarabağ qazisi avtomobil qəzasında həlak olub 

Qarabağ qazisi avtomobil qəzasında həlak olub  Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə
3 Avqust , 2020 08:52
Qarabağ qazisi avtomobil qəzasında həlak olub 

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb. 

Belə ki,  rayon sakini,  1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. 

Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi