Qadın onu bıçaqlayan ərini bağışlayıb - MƏHKƏMƏ

Qadın onu bıçaqlayan ərini bağışlayıb - MƏHKƏMƏ Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
12 Sentyabr , 2019 12:28
Qadın onu bıçaqlayan ərini bağışlayıb - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

M.Süleymanov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və hadisənin yaranmış mübahisə zəminində əsəbi vəziyyətdə törətdiyini bildirib.

Zərərçəkmiş Əfsanə Məmmədova ifadəsində zərərçəkmişlə barışdığını, şikayət və tələbinin olmadığını deyib.

Proses sentyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb.

Ona qəsdən bədənə ağır xəsarət yetirmə əməli ilə bağlı ittiham verilib.

Xatırladaq ki, cütlüyün üç azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi