Prokuror Xudatda tanışını öldürən şəxsə 18 il həbs cəzası istəyib

Prokuror Xudatda tanışını öldürən şəxsə 18 il həbs cəzası istəyib Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
28 Mart , 2018 11:51
Prokuror Xudatda tanışını öldürən şəxsə 18 il həbs cəzası istəyib

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxışında B.Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. 1964-cü il təvəllüdlü B.Çobanov tanışı, 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib.

Məlumata görə, həmin şəxslər yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman B.Çobanov H.Babayevə bıçaqla zərbə endirib.

B.Çobanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi