Prokuror dələduzluqda təqsirləndirilən sabiq polis polkovnikinə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən sabiq polis polkovnikinə cəza istəyib Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib
Hadisə
16 May , 2018 12:19
Prokuror dələduzluqda təqsirləndirilən sabiq polis polkovnikinə cəza istəyib
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt limanının sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulunu mənimsəməkdə ittiham olunur. O, həmin məbləğin 35 min manatını zərərçəkmişə qaytarıb.

F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.

O, həbs edilməmişdən əvvəl DİN orqanlarından xaric edilib.

Son xəbərlər

Orphus sistemi