Polis tapançadan havaya atəş açan şəxsi saxlayıb

Polis tapançadan havaya atəş açan şəxsi saxlayıb Abşeron Rayon Polis İdarəsinin əməkdaşları münaqişə zəminində tapançadan havaya atəş açmış E.Əbdülkərmovu saxlayıblar.
Hadisə
20 Avqust , 2019 12:25
Polis tapançadan havaya atəş açan şəxsi saxlayıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları münaqişə zəminində tapançadan havaya atəş açmış E.Əbdülkərmovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakinləri E.Əbdülkərmov ilə N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb. Polis tərəfindən saxlanılan E.Əbdülkərmovdan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. 

Son xəbərlər

Orphus sistemi